Gürcüstan prezidenti Salome Zurabişvili seçkilərlə bağlı videomüraciət yayıb.
Bizimxeber.az gürcü KİV-lərinə istinadən bildirir ki, o, “Gürcü arzusu”nun nəticələr elan olunmamışdan əvvəl vətəndaşları seçkilərdə qələbəyə inandırmasını qeyri-demokratik adlandırıb.
O, videomüraciətində qeyd edib ki, psixoloji təzyiqin cavabı seçki məntəqələrinin bağlanmasına az vaxt qalmış özünə inam və səsvermədə iştirakdır.
“Narahat olan insanlara demək istəyirəm ki, çoxluğun nümayəndələri çox qeyri-demokratikdir, qeyri-avropalıdır, “biz qalib gəldik” deyə o, bilirib.
"Biz səhnə yaratmaq üzrəyik, bizə xəbər verirlər ki, xüsusi təyinatlılar hökumət binasına daxil olublar. qorxmayın! Bütün bunlar sizə psixoloji təzyiqdir, psixoloji təzyiqin cavabı özünə güvənmək, seçkiyə getmək və nəticəni gözləməkdir. Mən burada səhnə çəkmək fikrində deyiləm. Heç bir nəticəni əvvəlcədən açıqlamaq fikrində deyiləm. Mən avropalı, gürcü kimi, layiqli gürcü kimi gözləyəcəm. Nəticələri gözləyəcəm və bu nəticələrin vaxtı gələndə hamımız birlikdə biləcəyik. Odur ki, qorxmayın, inanmayın, ölkəmizin gələcəyi üçün vəd etdiyiniz nəticə olacaq nəticəni gözləyək”, - Salome Zurabişvili bildirib.