Zelenski Rusiya nümayəndə heyətini “axmaq” adlandırdı

Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda keçirilən danışıqlarda iki-üç günlük atəşkəs təklif edən Rusiya nümayəndə heyətini tənqid edib.

Bu barədə "Unian" məlumat yayıb.

"Onlar döyüş meydanından ölüləri götürmək üçün iki-üç günlük atəşkəsə hazırdırlar. Düşünürəm ki, onlar axmaqdırlar, çünki atəşkəs ölənlərin olmamasını təmin etmək üçündür. Yəni əhval-ruhiyyəni görürsünüz - onlar üçün bu, müharibədə qısa fasilə deməkdir", - Zelenski qeyd edib.