Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 2-də Litvanın paytaxtı Vilnüsə səfər edib. O, burada keçiriləcək “Buxarest Doqquzluğu” (B9) və Şimal ölkələri sammitlərində iştirak edəcək.
"Bizimxeber" bildirir ki, bu barədə Litvanın ictimai yayımçısı LRT məlumat yayıb.
Zelenskinin olduğu dövlət təyyarəsi səhər saat 10:38-də Vilnüs hava limanına enib. Səfərin əsas məqsədi, NATO-nun yaxınlaşan Haaqa sammiti öncəsi regional mövqelərin koordinasiyası və Ukraynaya gələcək dəstək məsələlərinin müzakirəsidir.