Yeniyetmə Trampa sui-qəsd üçün valideynlərini öldürüb - FTB araşdırması...

ABŞ-ın Viskonsin ştatında 17 yaşlı yeniyetmənin Donald Trampa qarşı sui-qəsd planı çərçivəsində valideynlərini qətlə yetirdiyi iddia olunur.

Bu barədə CNN telekanalı Federal Təhqiqatlar Bürosunun (FTB) sənədlərinə istinadla məlumat yayıb.

"Bizimxeber Live BLOG" FTB araşdırmasını təqdim edir.

Trampa sui-qəsd və dövlət çevrilişi planı

Подросток Никита Касаб готовил покушение на Трампа и убил для ...

İstintaqın məlumatına görə, Nikita Kasab adlı yeniyetmə yazılı qeydlərində və mesajlarında ABŞ prezidenti Trampın öldürülməsi və ölkədə hökumətin devrilməsi ilə bağlı çağırışlar edib. FTB-nin qənaətinə əsasən, Kasab valideynlərini planını həyata keçirmək üçün lazım olan maliyyə və müstəqilliyi əldə etmək məqsədilə öldürüb.

Valideyn qətli və qaçış planı

Никита убил родителей, чтобы "ликвидировать Трампа и спасти США от евреев"

Polisin bildirdiyinə görə, Kasabın anası Tatyana Kasab və ögey atası Donald Mayer 11 fevral tarixində güllələnərək qətlə yetirilib. Onların cəsədləri yalnız 28 fevralda evdə aparılan axtarış zamanı aşkar edilib. Hadisə yerində şübhəli şəxs olmayıb. Elə həmin gün Kanzas ştatının Uokini şəhərində polis tərəfindən saxlanılan avtomobili Kasab idarə edirmiş. Avtomobildə 14.000 dollar nağd pul, eyni dəyərdə qızıl-zinət əşyaları və Magnum 357 revolveri aşkar edilib.

İstintaq zamanı yeniyetmənin mobil telefonunda neonazist “Doqquz bucaq ordeni” adlı ekstremist şəbəkəyə aid materiallar, eləcə də prezidentə qarşı sui-qəsd planları, bomba hazırlığı və terror aktları ilə bağlı qeydlər aşkarlanıb.

FTB tərəfindən tapılan üç səhifəlik "manifest" sənədində ABŞ-da siyasi çevrilişin zəruriliyi və "ağ irqin xilası" naminə Trampın öldürülməsinin vacibliyi vurğulanıb.

“Niyə Tramp? Düşünürəm ki, bu, açıq-aydındır. Prezidentin və ola bilsin, vitse-prezidentin vəzifədən çıxarılması xaosa səbəb olacaq”, – sənəddə yazılıb.

Manifestdə həmçinin Adolf Hitlerin şəkilləri və neonazist şüarları da yer alıb. Kasabın telefonunda silahlanmış dronlardan istifadə təlimatları, partlayıcı maddələrin alınmasına dair planlar və ögey atasının bank hesablarına giriş məlumatları da aşkarlanıb. O, həmçinin öz sinif yoldaşlarından birinə valideynlərini öldürmək niyyətində olduğunu bildirib və silah əldə etmək planından danışıb.

Kasab əlavə edib ki, Trampa sui-qəsd və dövlət çevrilişi ilə bağlı rusiyalı bir şəxs ilə əlaqə saxlayıb. Kasab hazırda Viskonsin ştatında 9 cinayət maddəsi üzrə ittiham olunur. Bunlara iki birinci dərəcəli qətl və cəsədlərin gizlədilməsi də daxildir.

Federal səviyyədə isə ona qarşı prezidentə sui-qəsd cəhdi, terror fəaliyyəti və kütləvi qırğın silahından istifadə üzrə ittihamlar irəli sürülüb.

Nikita Kasabın 7 may 2025-ci ildə məhkəmə qarşısına çıxacağı gözlənilir.