Vucic-in dəstəyi azalıb - insanların 50%-dən çoxu ona inanmır

/BX LiveBLOG/

Serbiya prezidenti Aleksandr Vuçiçə və onun Serb Tərəqqi Partiyasına dəstək kəskin azalıb.

"Bizimxeber" bildirir ki, bu barədə Financial Times məlumat yayıb. 

Sorğuda iştirak edənlərin 55%-i ona etibar etmədiyini bildirib. Martın 15-də Belqradın mərkəzində korrupsiyaya qarşı böyük etiraz mitinqi keçirilib. Bu, Vuçiçin 13 illik hakimiyyəti üçün ən ciddi çağırışlardan biri hesab olunur. Etirazlardan sonra prezident bildirib ki, "mesajı anladıq və dəyişməliyik".