Vaşinqtonda yüzlərlə erkən səsvermə bülleteni yandı

ABŞ-ın Vaşinqton ştatının Vankuver şəhərində keçirilən prezident seçkilərində erkən səsvermə üçün qutulardan birində baş verən yanğın nəticəsində yüzlərlə bülleten məhv olub.

Bizimxeber.az bildirir ki, bu barədə "Forbes" yazıb.

Baş verən yanğına qabın kənarına bərkidilmiş yandırıcı qurğunun səbəb olduğu bildirilir.

Qutuda olan bülletenlər ən azı iki gün ərzində çıxarılmayıb, ona görə də yüzlərlə bülletenin yanması ehtimalı var. Bu zaman səs verən seçicilər yenidən səs vermək üçün əvəzedici bülleten tələb edə bilərlər.

Forbes-in qeyd etdiyi kimi, seçki qutusu ilə oxşar insident bazar ertəsi günü Vankuverdən bir neçə kilometr aralıda yerləşən Oreqon ştatının Portlend şəhərinin cənub-şərqində baş verib.