UNO təxminən üç saat Lvov səmasında dövrə vurub- “WELCOME”

Ukraynanın qərbində yerləşən Lvov şəhərində qeyri-adi hadisə baş verib.

Flightradar24 xidmətinin məlumatına əsasən, naməlum uçan obyekt (UFO) demək olar ki, üç saat ərzində şəhər üzərində dövrə vuraraq radar izləyicilərinin diqqətini cəlb edib.

Maraqlısı budur ki, Ukrayna 2022-ci ilin fevralından hava məkanını bağlamış vəziyyətdədir və bu müddət ərzində heç bir daxili və ya beynəlxalq reys həyata keçirilmir. Flightradar24 platformasında bu obyekt “WELCOME” çağırış siqnalı ilə tanınıb və hal-hazırda dünyanın ən çox izlənən uçuşu olaraq qeyd edilib. Hadisənin təsadüfi olması ehtimalı aşağı görünür. Xidmətin verdiyi məlumatlarda bu cür qeyri-adi və izaholunmaz trayektoriya əvvəllər nadir hallarda müşahidə olunub.

Eyni zamanda, İstanbuldan Moskvaya uçan sərnişin təyyarəsinin radarında da naməlum obyektə bənzər anomaliya qeydə alınıb. 

Oxşar hallardan biri də ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş əməkdaşı Alejandro Uiqqins tərəfindən qeyd edilib. O, USS Jackson gəmisinin yaxınlığında radar izləri və suda qeyri-adi işıq gördüyünü, lakin bu görüntülərə əvvəlcə şübhə ilə yanaşdığını etiraf edib.