Ukraynada hərbi vəziyyət daha 2 ay uzadıldı

Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini daha 90 gün, 2025-ci il fevralın 7-dək uzadıb.

Bizimxeber.az bildirir ki, bu, Rusiya ordusunun Ukraynaya genişmiqyaslı işğalından sonra hərbi vəziyyətə dair 13-cü qərardır.

Hələlik üç aylıq müddət noyabrın 9-na qədər uzadılıb. Fövqəladə rejim dövründə vətəndaşların konstitusiya ilə təmin edilmiş fərdi hüquq və azadlıqları müvəqqəti məhdudlaşdırıla bilər.

Ukraynada hərbi vəziyyət ilk dəfə 2022-ci il fevralın 24-də, Rusiya ordusunun Ukraynaya genişmiqyaslı müdaxiləsi günü tətbiq edilib. Həmin gün Dövlət Sərhəd Xidməti 18-60 yaşlı kişilərin ölkədən çıxışına məhdudiyyətlər qoyub.