Ukraynanın Rusiya aerodromlarına pilotsuz təyyarələrlə həyata keçirilən hücumların arxasında əslində kim dayanır? "Bizimxeber" bildirir ki, bu sual Rusiya-Ukrayna müharibəsinin gedişində gündəmə gələn ən ciddi iddialardan biri olaraq qalır.
Rusiya hərbi ekspertləri bildirir ki, bu hücumu Qərb kəşfiyyat xidmətləri, xüsusilə də ABŞ-ın planlaşdırılması və həyata keçirilməsində birbaşa rol oynadığını bildirir.
Ukrayna tərəfi ABŞ-dan kosmik kəşfiyyat məlumatları əldə edə bilərdi. Bu isə o deməkdir ki, ABŞ hərbi strukturları əməliyyatı ya dəstəkləyib, ya da birbaşa nəzarətdə saxlayıb.
“Kosmik kəşfiyyat, şübhəsiz ki, Amerika hərbi idarəsindən keçməyib. Bu səbəbdən əminliklə demək olar ki, amerikalılar əməliyyatdan xəbərdar idilər və çox güman ki, iştirak da ediblər,” – deyə ekspertlər bildirib.
Xatılev qeyd edir ki, hücumları həyata keçirən qruplar peşəkar şəkildə hazırlanıb. Onlara bütün texniki imkanlar yaradılıb. Sərhədi keçmək və ya pilotsuz sistemləri birbaşa Rusiya ərazisində yığmaq kimi çətinliklərə baxmayaraq, bu əməliyyatlar uğurla icra edilib. Bu da, ekspertin fikrincə, Ukraynanın təkbaşına belə hücumları təşkil etməsinin real olmadığını göstərir. “Ukraynalılar təkbaşına bu əməliyyatları reallaşdıra bilməzdilər, nə döyüş istifadəsi, nə idarəetmə, nə də hazırlıq baxımından.
Bu iddiaları CNN-in yaydığı məlumat da gücləndirir. ABŞ-ın telekanalı Donald Tramp administrasiyasındakı mənbələrə istinadən yazıb ki, Pentaqon rəhbəri Pit Heqset 1 iyunda baş vermiş hücum barədə əvvəlcədən məlumatlandırılıb və proseslərdən daimi xəbərdar olub.
Əgər bu iddialar təsdiqini tapsa, bu, Birləşmiş Ştatların Rusiya ərazisindəki hərbi obyektlərə qarşı hücumlarda dolayı və ya birbaşa iştirakını göstərmiş olacaq. Bu isə NATO və Rusiya arasında münasibətləri daha da gərginləşdirə bilər. /News.ru/