Ukrayna PUA-ları Rusiyadakı “Azot” kimya zavodu vurdu -VİDEO

Ukrayna PUA-larla Rusiyanın Tula vilayətində yerləşən “Azot” kimya zavoduna dronlarla hücum edib.

"Bizmxeber" bildirir ki, bu barədə məlumat "Telegram"da yayılıb.

Hücum edilən zavodda partlayıcı maddələrin istehsalında istifadə edilən komponentlər hazırlanır. Həmin maddələrdən bəziləri hərbi məqsədlərlə də istifadə oluna bilər. Bunlara ammonium nitrat, metanol və arqon daxildir. Ammonium nitrat – partlayıcı maddələrin istehsalında əsas komponent; Metanol – raket yanacağının hazırlanmasında istifadə olunan xammal;  Arqon – müdafiə sənayesində metalların qaynaq və istilik müalicəsi üçün tətbiq olunan qaz.

Tula vilayətinin qubernatoru Dmitri Milyayev bildirib ki, mayın 24-ü səhər saatlarında bölgə hava hücumuna məruz qalıb. Novomoskovsk şəhərindəki müəssisələrdən birində qaz kəməri zədələnib və nəticədə üç nəfər yaralanıb.

Qubernatorun sözlərinə görə, Rospotrebnadzorun laboratoriya qrupları və FHN əməkdaşları ərazidə hava analizləri aparıb. İlkin nəticələrə əsasən, havada zərərli maddələrin konsentrasiyası icazə verilən normadan artıq deyil.