Ukrayna nümayəndə heyətinin bir neçə üzvü Rusiya ilə danışıqlara əvvəlki dəfə olduğu kimi hərbi geyimdə gəlib. "Bizimxeber" bildirir ki, onları İstanbuldakı Çırağan Sarayının ərazisinə daxil olan kortejdə görmək mümkün olub.
Ukraynanın müdafiə naziri Rustem Umerovun başçılıq etdiyi nümayəndə heyəti yerli vaxtla saat 12:47 radələrində İstanbuldakı danışıqlar yerinə gəlib. Rusiya nümayəndə heyətinin korteji saat 12:40 radələrində Çırağan sarayının ərazisinə daxil olub.
Danışıqların əvvəlki raundu mayın 16-da baş tutub və “1000-ə 1000” düsturuna əsasən əsirlərin mübadiləsinə dair razılaşmalarla yekunlaşıb.
Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Krım, Donetsk və Luqansk Xalq Respublikaları, Xerson və Zaporojya vilayətlərinin beynəlxalq səviyyədə Rusiya kimi tanınması Ukraynadakı münaqişənin həllində vacib şərtdir. Departamentin rəhbəri Sergey Lavrovun da qeyd etdiyi kimi, məsələ Ukrayna tərəfinin NATO-ya daxil olmamasına da aiddir.