Dünyanın tanınmış görücüləri və mistik proqnozlarla məşğul olan mütəxəssislər 2025-ci ilin sonuna kimi Üçüncü Dünya Müharibəsinin başlaya biləcəyi barədə xəbərdarlıq edirlər.
"Bizimxeber" bildirir ki, bu barədə New York Post-un məqaləsində deyilir.
Maraqlıdır ki, bu narahatedici proqnozlar kor bolqar görücü Baba Vanqa, fransız astroloq Nostradamus, braziliyalı kəşfiyyatçı Athos Salome və Londonlu hipnoterapist Nikolas Ojula tərəfindən müstəqil şəkildə irəli sürülüb. Dördü də insanlıq tarixini dəyişə biləcək miqyasda böyük qarşıdurma ehtimalına diqqət çəkir.
1911-ci ildə anadan olan və "Balkanların Nostradamusu" kimi tanınan Baba Vanqa əvvəllər 11 sentyabr hücumlarını, Şahzadə Diananın ölümünü və iqlim dəyişikliyi səbəbilə baş verən fəlakətləri dəqiq proqnozlaşdırıb. Onun fikrincə, 2025-ci ildə Avropada yeni müharibə başlayacaq və bu, “bəşəriyyətin süqutunun” başlanğıcı olacaq.
Nostradamusun yazdıqları: İngiltərə və Avropa alov içində
16-cı əsrdə yaşamış fransız astroloq Mişel de Nostredam (Nostradamus) "Peyğəmbərliklər" əsərində İngiltərənin amansız müharibələrə cəlb ediləcəyini yazıb: “Avropa torpaqlarından olanlar İngiltərənin arxadan taxt qurduğunu görəndə, onun cinahları amansız müharibələrə qərq olacaq. Krallıq o qədər qəddar müharibələrlə yadda qalacaq ki, daxildən və xaricdən düşmənlər ayağa qalxacaq.”
O, həmçinin xəbərdarlıq edir: “Keçmişin böyük bəlası geri qayıdır, daha səma altında ölümcül düşmən yoxdur.”
Athos Salome: "Bu, insanların deyil, maşınların müharibəsidir"
"Canlı Nostradamus" kimi tanınan 38 yaşlı braziliyalı kəşfiyyatçı Athos Salome texnologiyanın və süni intellektin idarəsiz inkişafının yaratdığı risklərə diqqət çəkir. O, III Dünya Müharibəsinin ən son texnologiyalarla, kibersilahlar və avtonom maşınlarla aparılacağını bildirir. “Bu, sadəcə insanların deyil, maşınların müharibəsidir. Ən pisi hələ qarşıdadır,” – deyə Salome vurğulayıb.
Nikolas Ojula: “2025-ci ilin ortalarında müharibə başlayacaq”
Londonlu hipnoterapist Nikolas Ojula da qlobal miqyasda qarşıdurma ehtimalı barədə danışaraq, bunu din və millətçilik adı altında geniş zorakılıq və mənəvi çöküşlə əlaqələndirir: “Dünya mərhəməti itirib. Bəşəriyyət misli görünməmiş qəddarlıq və mənasızlığa sürüklənir.”
2025-ci ilin may ayının sonunda Pakistan və Hindistan arasında raket zərbələri ilə müşayiət olunan hərbi qarşıdurma qlobal narahatlığı artırıb. ABŞ-ın müdaxiləsi ilə atəşkəs əldə olunsa da, Kəşmir bölgəsində vəziyyət hələ də qeyri-sabitdir. Digər tərəfdən, Ukrayna ilə Rusiya arasında müharibə daha da şiddətlənməkdədir.
Texnologiya mütəxəssisləri xəbərdarlıq edirlər ki, süni intellektin nəzarətsiz inkişafı yaxın gələcəkdə nüvə silahları ilə müqayisə oluna biləcək bir təhlükəyə çevrilə bilər. Bu, Athos Salomenin "maşın müharibəsi" proqnozu ilə üst-üstə düşür.