/BX LiveBLOG/
Gürcüstanda bir qrup fəal növbədənkənar seçkilərin keçirilməsi və Avropayönlü etirazlar zamanı saxlanılanların azad edilməsi tələbi ilə simvolik yürüşə başlayıb. Martın 29-da Dmanisi şəhərindən yola düşən fəallar üç gün ərzində Bolnisi və Marneulidə dayanaraq mitinqlər keçirməyi planlaşdırırlar. Onlar yerli sakinləri yürüşə qoşulmağa çağırır.
"Bizimxeber" yazır ki, rtirazçılar arasında Dmanisi Dövlət Dram Teatrının keçmiş rəhbəri Laşa Çxvimiani də var. O, yanvarda etirazlara görə saxlanılanlara dəstək olaraq Dmanisi Şəhər Şurasının qarşısında aclıq aksiyası keçirmişdi.
Yürüş martın 31-də Tbilisidə Gürcüstanın müstəqilliyinin bərpası ilə bağlı referendumun ildönümünə təsadüf edən mitinqlə başa çatacaq. Bu arada Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Saakaşvilinin partiyasını və onun “peyklərini” qadağan etməklə hədələyir" -deyə məlumatda qeyd olunur.