Türkiyədə sosial mediada status yazanlar da həbs edildi - 11 nəfər məhkəmədə

Türkiyədə sosial mediada "boykot" çağırışları ilə bağlı başladılan istintaq çərçivəsində 16 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib. Onlardan 11-i saxlanılıb və məhkəmə nəzarəti tələbi ilə hakimliyə sövq edilib. 

Məlumata görə, saxlanılanlar arasında tanınmış aktyor Cem Yiğit Üzümoğlu da var. Onların "Nifrət və ayrı-seçkilik" və "İctimaiyyəti nifrət və düşmənçiliyi qızışdırmaq" cinayətlərində ittiham olunduğu bildirilib. 

Bu şübhəlilər xaricə çıxış yasağı və polis idarəsində imza atmaq şərtləri ilə məhkəməyə göndəriliblər. Digər 5 şübhəlinin hələ də axtarışda olduğu bildirilir.

Cem Yiğit Üzümoğlu kimdir?

Aktyor Cem Yiğit Üzümoğlu 1994-cü il martın 1-də İstanbulda anadan olub. Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyasında aktyorluq təhsili alıb. Hindistan və Polşada teatr və müasir rəqs üzərinə işləyib.

2017-ci ildə Afife Teatr Mükafatlarında ilin ən uğurlu gənc aktyoru mükafatını qazanan Üzümoğlu, son illərdə Hamlet, Sırça, Paxlava Cümhuriyyəti kimi teatr tamaşalarında rol alıb. Televiziya və rəqəmsal platformalarda da tanınan aktyor, "Rise of Empires: Ottoman" serialında Fatih Sultan Mehmed obrazını canlandırıb.

Bu hadisə aktyorun karyerası və sosial mədya fəaliyyətlərinə təsir edə bilərmi? Bu sual hələ də cavabsız qalır. Hazırda istintaq davam edir və gələcək günlərdə yeni görüşlər ortaya çıxa bilər. /Bizimxeber Live BLOG/