Türkiyənin Antalya şəhərində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilib.
Görüş Antaliya Diplomatik Forumu çərçivəsində baş tutub. Hər iki nazir qarşılıqlı dialoqu davam etdirməyə hazır olduqlarını ifadə ediblər.
Qeyd edək ki, sonuncu dəfə Mirzoyan və Bayramov 2024-cü ilin oktyabrında İstanbulda görüşmüşdülər.