Türkiyənin 36 vilayətində FETÖ-yə qarşı həyata keçirilən hərtərəfli əməliyyat zamanı Türkiyə Silahlı Qüvvələrinin 63 aktiv üzvü haqqında həbs qərarı çıxarılıb.
Türkiyə mətbuatı xəbər verir ki, 56 hərbçi saxlanılıb. İstanbul Baş Prokurorluğundan verilən açıqlamaya görə, gizli FETÖ strukturu Türkiyə Silahlı Qüvvələrində geniş bir şəbəkə yaradıb.
Həbslər İstanbul, Ankara, Bursa və Ərzurum və digər şəhərlərdə baş verib.
***
Türkiyə təhlükəsizlik qüvvələri 2016-cı ildə dövlət çevrilişinin təşkilində əli olmaqda şübhəli bilinən 56 hərbçini saxlayıb.
Onlar FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinirlər. Əməliyyat Ankara, İstanbul və daha 30-dan çox vilayətdə keçirilir.