Son günlər sosial mediada Türkiyənin İsrail Baş naziri Binyamin Netanyahunun təyyarəsinin uçuşuna icazə verdiyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli, bu iddiaları rədd edərək, belə bir müraciətin Türkiyəyə edilmədiyini açıqlayıb. Keçeli, iddiaların tamamilə yalan olduğunu və Türkiyənin hər hansı bir rəsmi tələb almadan belə bir addım atmayacağını bildirdi.
Türkiyə Prezidentinin yanında fəaliyyət göstərən Rabitə Müdirliyinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) də yayılan xəbərləri təkzib edərək, "Türkiyə öz hava məkanını Netanyahunun təyyarəsi üçün açdı" iddialarının əsassız olduğunu açıqladı. DMM, həmçinin qeyd etdi ki, Türkiyə İsrailin Qəzzaya qarşı siyasətini tənqid edir və Fələstin xalqının haqlı mübarizəsini dəstəkləyir.