Türk Hava Yolları Moskvaya uçuşları dayandırdı

Türk Hava Yolları (THY) Moskvaya planlaşdırılan uçuşları müvəqqəti olaraq ləğv etdiyini açıqlayıb. Bu qərar mayın 26-na keçən gecə Rusiya hava limanlarında tətbiq edilən yeni məhdudiyyətlərlə əlaqədardır.

Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) verdiyi məlumata görə, həm hava məkanının qismən bağlanması, həm də Moskva hava limanlarında təyyarələrin qəbuluna qoyulan məhdudiyyətlər səbəbindən Türk Hava Yollarının uçuşları həyata keçirməsi mümkün olmayıb.

Bu, son günlər Rusiya hava limanlarında müşahidə edilən təhlükəsizliklə bağlı vəziyyətin və potensial pilotsuz uçuş aparatları təhlükəsinin artdığına dair ehtimalları da gücləndirir.