/BX LiveBLOG/
ABŞ prezidenti Donald Trampın administrasiyası qeyri-rəsmi kanallar vasitəsilə ABŞ-dan deportasiya edilən bir sıra Avropa ölkələrinə, o cümlədən Moldova və Kosovoya qanunsuz miqrantları qəbul etməyi təklif edib.
Bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən yazır.
Nəşrin məlumatına görə, oxşar təkliflər bir neçə Afrika ölkəsinə - Benin, Ruanda, Liviya və Esvatiniyə, həmçinin Monqolustana da göndərilib. Ağ Ev, həmçinin Honduras və Kosta-Rika ilə uzunmüddətli sazişlərin mümkünlüyünü müzakirə edir.
Əməkdaşlıq müqabilində Vaşinqton maliyyə dəstəyi və siyasi faydalar təklif edir. Söhbət vətənləri onları geri qəbul etməkdə gecikən və ya repatriasiya etməkdən imtina edən miqrantlardan gedir.
WSJ-nin qeyd etdiyi kimi, oxşar sxem artıq Panamada sınaqdan keçirilib: fevral ayında ora Yaxın Şərqdən 100-dən çox miqrantın olduğu təyyarə gəlib, bundan sonra Panama hakimiyyəti onların vətənlərinə qaytarılması proseduruna başlayıb.
Prezidentliyinin əvvəlindən Donald Tramp daha sərt immiqrasiya siyasətini fəal şəkildə təbliğ edir. Yanvar ayında o, Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edən fərman imzalayıb. Deportasiya xidmətlərinin səlahiyyətləri də genişləndirilib, o cümlədən miqrantların məhkəmə qərarı olmadan ölkədən çıxarılmasını sürətləndirmək imkanı.
“New York Post”un məlumatına görə, andiçmə mərasimindən sonra 100 mindən çox insan ABŞ-dan deportasiya edilib.