ABŞ prezidenti Donald Tramp Hindistanın Pakistana qarşı son hücumlarına münasibət bildirib. O, açıqlamasında Hindistanın Pakistanda bir neçə hədəfi vurmasını “biabırçılıq” adlandıraraq, regionda baş verən toqquşmalarla bağlı dərin narahatlığını ifadə edib.
“Pakistan və Hindistan arasında gərginliyin bu səviyyəyə çatması çox təhlükəlidir. Mən bu toqquşma barədə eşitmişəm və Hindistanın atdığı bu addımlar biabırçılıqdır”, – deyə Trampın bəyanatında qeyd olunub.
Trampın bu sözləri Hindistan ordusunun Pakistan daxilində üç ayrı nöqtəyə raket zərbəsi endirməsini Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsinin (DG ISPR) təsdiqləməsindən az sonra səsləndirilib. Rəsmi məlumatlara görə, hücumlar Bahavalpurda dini seminariyanı da əhatə edib və nəticədə 14 nəfər yaralanıb, onlar Bahaval Victoria Xəstəxanasına yerləşdiriliblər.
Qarşılıqlı hücumlar davam edir. /SAMAA TV/