ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı əlavə sanksiyaları yalnız “zərurət yaranarsa ” tətbiq edəcəyini açıqlayıb.
"Bizimxeber" bildirir ki, o, qanun layihəsini “çox sərt” adlandırıb.
“Əgər Rusiyanın razılıq əldə etməyəcəyini və ya qan tökülməsini dayandırmayacağını düşünsəm... Lazım gələrsə, bundan istifadə edəcəm”, o vurğulayıb.
ABŞ prezidentinin sözlərinə görə, bir çoxu Kremlə qarşı sanksiyaların gücləndirilməsinə dair qanun layihəsini dəstəkləyən senatorlar yekun qərarı onun öhdəsinə buraxırlar.