“Tramp Putinə uduzdu”- Danışıqların ilk raundu və Avropada narahatlıq artmaqdadır

17 aprel 2025 | Bizimxeber Blog

ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə ilk danışıqlar raundunda "uğursuzluğa düçar olması" fikri Polşadan səslənib.

Polşalı general Valdemar Skrzypczak PAP agentliyinə müsahibəsində deyib ki, Sumı şəhərinə endirilən raket zərbəsi Vaşinqtonun qərarsız mövqeyi ilə bağlıdır.

Skrzypczak hesab edir ki, Trampın Moskva ilə münasibətlərində sərt və prinsipial mövqe nümayiş etdirməməsi, Kremlə əlavə fürsətlər yaradıb. General ümumilikdə ABŞ-ın Rusiya qarşısındakı mövqeyinin yaxın vaxtlarda dəyişəcəyinə ümid etdiyini də əlavə edib.

"Deyəsən, Tramp danışıqların ilk raundunu Putin qarşısında uduzub", – deyə o bildirib.

Bu, Skrzypczakın ilk sərt bəyanatı deyil. O, daha əvvəl Polşanın nüvə silahına sahib olması gərəkdiyini irəli sürmüşdü. Onun fikrincə, Rusiya ilə mümkün hərbi qarşıdurma halında Polşanın texnoloji və hərbi potensialı kifayət etmir. Hətta bildirib ki, belə bir vəziyyətdə "ruslar polyakları sadəcə əzəcəklər". Polşanın müdafiə sənayesinin ciddi strateji planlarının olmaması və müdafiə büdcəsinin böyük hissəsinin xaricə axması da onun narahatlıqları sırasındadır.

Bu arada Finlandiyadan da sərt açıqlamalar gəlib. Helsinki Universitetinin professoru Tuomas Malinen, Finlandiya prezidenti Aleksandr Stubbun Ukrayna müharibəsi ilə bağlı Rusiyaya etdiyi çağırışın ölkə üçün rüsvayçılıq olduğunu deyib. Malinen iddia edir ki, Kiyev təslim olmalıdır, çünki hazırkı vəziyyətdə bu, real ssenari kimi görünür. O, həmçinin Rusiya tərəfinin hərbi əməliyyatların tamamilə dayandırılmasını dəstəkləməli olduğunu vurğulayıb.