Tramp dəniz piyadasını Los-Ancelesdəki etirazçıların üstünə göndərir

Los-Ancelesdə etirazlar qışışdıqca ABŞ prezidenti Trampın onlara qarşı münasibəti də sərtləşir.

Trampın göstərişi ilə Pentaqon yüzlərlə dəniz piyadasını Los-Ancelesə göndərir. ABŞ Müdafiə Nazirliyi bildirib ki, Los-Ancelesə təxminən 700 Dəniz Piyadası əsgəri göndərir. 

"Bizimxeber" bildirr ki, bu barədə ABŞ Şimal Komandanlığının (USNORTHCOM) bəyanatında deyilir  .

“ABŞ Şimal Komandanlığı həftə sonu missiyaya hazır vəziyyətə gətirilən 1-ci dəniz piyada diviziyasından bir batalyonu işə salıb”, - sənəddə deyilir.

Qeyd edildiyi kimi, təqribən 700 dəniz piyadası Los-Anceles ərazisində və onun ətraflarında federal xidmət personalı və agentliklərinin, habelə dövlət əmlakının təhlükəsizliyini təmin etmək üçün yerləşdiriləcək. Dəniz piyadaları öz missiyalarını yerinə yetirərkən Kaliforniya Milli Qvardiyasının əməkdaşları ilə işləyəcəklər, onlar da şəhərə yerləşdirilir.

Bəyanatda vurğulanır ki, yuxarıda adı çəkilən Dəniz Qüvvələrinin şəxsi heyəti gərginliyin azaldılması, izdihamın idarə edilməsi və vətəndaş iğtişaşları zamanı nişanlanma qaydaları üzrə təlim keçib.