/BX LiveBLOG/
Minlərlə macar Baş nazir Viktor Orbanın siyasətinə etiraz etmək və müxalif Tisza partiyasını dəstəkləmək üçün Budapeşt küçələrinə çıxıb.
"Bizimxeber" bildirir ki, bu barədə "Telex" məlumat yayıb.
Macarıstanın baş naziri Viktor Orbanın keçmiş tərəfdaşı, hazırda müxalifət lideri Peter Magyar mitinqdə çıxış edərək hazırkı hökumət başçısını milli maraqlara xəyanət etdiyinə görə tarixin arxivinə göndərilməsini istəyib. Siyasətçi çıxışında artıq “Macar baharı”nın gəldiyini bəyan edib və “Orban qışı”na son qoyacağına söz verib: “Mən həmişə baş nazirin dibə çatdığına inanmışam və inanıram ki, o, bu gün də o dibə çatıb". O, mitinqdə “millətin səsini” eşitmək üçün 12 əsas iqtisadi və siyasi məsələ ilə bağlı sorğu dərc edəcəyinə söz verib: "Magyar "hər şey bitdi", yaxud daha yaxşı başa düşəsiz deyə - "Товарищи, конец!"- deyə bildirib.
Qeyd edək ki, “Yoldaşlar, bitdi!” ("Товарищи, конец!") ifadəsi, 1990-cı ildə Macarıstanda keçirilən ilk azad seçkilərin məşhur posterinə istinaddır.