Tanınmış jurnalist direktorların işdən çıxarılmasına münasibət bildirdi...

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi çıxış yolunu məktəb direktorlarını işdən çıxarmaqda görürsə səhv edir.

"Bizimxeber" bildirir ki, bunu tanınmış jurnalist Ədil Hüseynov özünün "Facebook" sosial şəbəsində direktorların işdən çıxarılmasına münasibət olaraq bildirib.

Əvvəla uzun illərdir məlum hadisələrin - pul yığımlarının, direktor həyasızlıqlarının, nizam-intizam qaydalarının pozulmasının və təhsilin keyfiyyətinin gündən günə aşağı düşməsinin şahidyik.

Özləri də yaxşı bilir ki, yeni təyinatlar heç bir müsbət dəyişikliklər yaratmır və yaratmayacaq da. Bunu gözəl bilirlər və başa düşürlər.

Son günlər rü*vətə, müəllimləri üzə durmağa vadar edən, bu gün işdən qovulan direktorlar zatən yeni təyinatlar idi.

Niyə alınmır?

1. Ən vacibi məktəblərə nəzarət edən qurumların rəhbərləri təhsil adamı deyil.
2. Məktəbləri lazımı avadanlıqlarla təmin etmirsiz.
3. Hər şeyi direktora aldırırsız, qapı cəftəsindən tutmuş, lampaya kimi direktorun ümidinə buraxmısız. Avadanlıqlar verilməlidirmi və verilirmi suallarına cavabını düşünməliyik.
4. Direktor təyinatı zamanı onun pedaqoji təcrübəsi, idarəetmə təcrübəsi qətiyyən nəzərə alınmır.
5. Direktorlara doğru-düzgün idarəetmə səlahiyyətləri vermirsiz.
6. Korrupsiyaya, rüşvətə görə işdən çıxardığınız direktorlar vəzifəli şəxs olaraq qanun qarşısında cəzasız qalır, sadəcə işdən çıxarılmaqla kifayətlənir.
7. Direktorların müəllim heyyətinə olan münasibətlərini zamanında araşdırmırsız və bu məsələ ümumiyyətlə, nəzarətsiz qalır.
8. Narazı müəllimləri dinləmirsiz, onları qəbul etmirsiz, müəllimləri susdurmağa çalışırsız və onu yenidən direktorun əlinə verib əzdirirsiz.
9. Məktəbdə özünü ağa kimi aparan direktorlara (birmənalı olaraq hamsı eyni vəziyyətdədir) "dur" deməkdənsə, onlara talamaları, dağıtmaları və güclü görünmələri üçün məhz siz şərait yaradırsız.

Bir sözlə, Azərbaycanda təhsil sahəsinin konkret olaraq ciddiləşməsi, gələcəyə hesablnan bir sahə olması üçün sıfırdan, ən başlanğıcdan sistem qurulmalıdır, nazir başda olmaqla bu sahədə olan bütün kiçik vəzifəli şəxslər işdən alınmalıdır və konret sistem qurulmalıdır. Başqa cür alınmayacaq, hər il geriləyəcəyik və təhsil sistemi "savadlı mafiya" üzvlərindən qurtula bilməyəcək. Azərbaycanın təhsil sistemini "savadlı mafiya" idarə edir. /Tehsilmedia.az/