/BX LiveBLOG/
Şimali Makedoniyada bir klubda konsert zamanı baş verən yanğında 50-dən çox adam ölüb. Bu barədə Makedoniyanın MİA agentliyi məlumat yayıb.
Qeyd edildiyi kimi, faciə martın 16-na keçən gecə, saat 03:00 radələrində Koçanı şəhərində baş verib.
Yanğın DNK qrupunun Pulse klubda konserti zamanı baş verib. Yanğının ilkin səbəbi kimi pirotexniki vasitələrdən istifadə göstərilir. Ölkənin daxili işlər idarəsinin rəisi Pansi Toşkovski bildirib ki, yanğın nəticəsində 51 nəfər ölüb.
Yüzdən çox yaralı ölkənin müxtəlif şəhərlərində xəstəxanalara aparılıb.