Şimali Koreya tamamilə internetsiz qaldı

Şimali Koreyada bir neçə saat davam edən kütləvi internet kəsilməsi, hökumət və rəsmi xəbər saytları ilə əlaqəni kəsib. 

"Bizimxeber" "Reuters"ə istinadən bildirir ki, Şimali Koreyanın internet və texnoloji infrastrukturunu izləyən ekspertlər bildirirlər ki, kəsilmənin səbəbi hələ də məlum deyil, lakin Çin və Rusiya üzərindən bağlantılar təsirləndiyi üçün bu, kiberhücumdan çox daxili problem ola bilər.

Xüsusilə, Şimali Koreyanın internetini izləyən ingilis tədqiqatçı Junadeh Ali bildirib ki, Şimali Koreyanın bütün internet infrastrukturu artıq internet fəaliyyətinin monitorinq sistemlərində görünmür."Bunun qəsdən və ya təsadüfi olduğunu söyləmək çətindir, lakin görünür ki, bu, hücumdan çox daxili problemdir" dedi.

Şimali Koreya istənilən onlayn ünsiyyət formasına məhdud çıxış da daxil olmaqla, dünyanın ən ciddi nəzarət edilən İnternet sistemlərindən birinə malikdir. Şimali Koreya əhalisinin yalnız daha geniş qlobal şəbəkəyə qoşulmayan hökumət tərəfindən yaradılmış İnternetə çıxışı var. İnternetə açıq çıxış hökumətdə və rəhbərlikdə seçilmiş bir neçə nəfərlə məhdudlaşdırılıb.