Çin Xalq Respublikasının sədri Si Cinpinin Moskvaya son rəsmi səfəri zamanı qeydə alınan görüntülər onun səhhəti ilə bağlı suallar yaradıb.
"Bizimxeber" Ölkənin “Çin təhlükəsi” adlı Telegram kanalı prezidentin başının vaxtaşırı qeyri-ixtiyari şəkildə sola əyildiyini göstərən videolara diqqət çəkib. Müəlliflərin fikrincə, bu hərəkətlər mümkün sağlamlıq problemlərinin əlaməti ola bilər.
Mütəxəssislər bu tip simptomların insultun nəticəsi və ya beynin motor korteksində və ya bazal qanqliyalarda zədələnmənin göstəricisi ola biləcəyini istisna etmirlər. Onların sözlərinə görə, bu vəziyyət boyun əzələlərində məsələn, trapesiya və ya sternokleidomastoid əzələsində gərginliyin artmasına və nəticədə başın bir tərəfə qeyri-iradi əyilməsinə səbəb ola bilər.
Qeyd edək ki, Si Cinpin mayın 8-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb. Görüşdən sonra iki lider ölkələri arasında əməkdaşlığın daha da genişləndirilməsinə dair birgə bəyanat imzalayıblar. Hər iki tərəf siyasi, iqtisadi və təhlükəsizlik sahələrində sıx təmasların davam etdiriləcəyini vurğulayıb.
Mayın 9-da isə Çin lideri Moskvanın Qırmızı Meydanında təşkil olunan Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi münasibətilə keçirilən paradda iştirak edib. Si Cinpin tədbir zamanı Rusiya prezidenti Vladimir Putin və 99 yaşlı veteran Yevgeni Znamenskinin yanında yer alıb.
Çin tərəfi prezidentin səhhəti ilə bağlı yayılan iddialara hələlik rəsmi reaksiya verməyib.