Sərhəddə 10 kilometrlik tıxac yarandı

Polşadan Almaniyanın paytaxtı Berlina gedən əsas marşrutlarda, o cümlədən A2 və A4 avtomagistrallarında ciddi tıxaclar yaranıb.

"Bizimxeber" bildirir ki, A2 şossesində sərhədə yaxın ərazidə avtomobillərin sıxlığı 15 kilometrə qədər uzanıb. Aşağı Sileziya bölgəsində isə A4 magistralında tıxac uzunluğu 10 kilometrə çatır.

Sərhəd bölgəsindəki digər transsərhəd yollarda, o cümlədən Oder çayı üzərindəki körpüdə də nəqliyyatın hərəkəti ciddi şəkildə məhdudlaşıb.

Tıxacların yaranmasına iki əsas amil səbəb olub. Uzun həftəsonundan sonra avtomobil axınının kəskin artması, Almaniya tərəfindən sərhəd nəzarətinin gücləndirilməsi, xüsusilə qeyri-qanuni miqrasiyaya qarşı tətbiq edilən yoxlamalar. 

Almaniya polisi artıq bir müddətdir ki, sərhəddə gücləndirilmiş iş rejimində çalışdıqlarını və bu vəziyyətin uzunmüddətli davam etdirilməsinin çətin olduğunu bildirir.

Bu arada Berlin İnzibati Məhkəməsi sərhəddə sığınacaq axtaran şəxslərin geri qaytarılmasının qanunsuz olduğuna dair qərar verib.