Fransanın keçmiş prezidenti Nikolya Sarkozi, bir neçə korrupsiya işi üzrə aparılan istintaq çərçivəsində tətbiq edilən şərti azadlıq rejimindəki elektron nəzarət qolbağını çıxarıb.
"Bizimxeber" bildirir ki, bu barədə Fransa KİV-ləri Paris prokurorluğuna istinadla məlumat yayıb.
Məlumata görə, Sarkozi 2024-cü il fevralın 7-dən etibarən elektron qolbaq taxırdı. Lakin onun 70 yaşı tamam olduğu üçün, qanunvericiliyə əsasən, cəzanın yalnız yarısını çəkməklə şərti azadlığa buraxılması məqbul hesab edilib. Buna baxmayaraq, keçmiş prezident hələ də hüquq-mühafizə orqanlarının nəzarəti altında qalır. O, penitensiar inteqrasiya xidməti tərəfindən nəzarətdə saxlanılacaq və 15 gündən çox davam edən hər hansı səfər üçün, xarici ölkəyə çıxış üçün
əvvəlcədən məhkəmənin razılığını almalıdır.
Xatırladaq ki, yanvarın sonunda Nikolya Sarkozinin 70 yaşı tamam olub. O, bir vaxtlar Avropanın ən nüfuzlu liderlərindən biri sayılırdı. Lakin son illərdə onun adı korrupsiya qalmaqalları, telefon dinləmələrinə dair cinayət işləri və Ukraynanın müstəqilliyi ilə bağlı verdiyi mübahisəli bəyanatlarla gündəmdə qalır.