Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərində səs verdikdən sonra mediaya öz seçimi ilə bağlı danışıb.
Bizimxeber.az bildirir ki, o, yeni Gürcüstana səs verdiyini açıqlayıb.
"Bütün Gürcüstanı bugünkü xoş gün münasibətilə təbrik etmək istəyirəm. Mən "kimə" səs vermədim, bu dəfə "nəyə" səs verdim, yəni Yeni Gürcüstana. 22 il əvvəl bu ölkəyə gəldiyim üçün mən bütün ata-babalarımın dua etdiyi o Gürcüstana səs verdim, əminəm ki, axşam biz də onun üçün dua edəcəyik Hamı qalib olsun, çünki Gürcüstan qalib gələcək”, - Salome Zurabişvili bildirib.