1 milyona yaxın izləyicisi olan hesabında İmamoğluna dəstək verdi

/BX LiveBLOG/

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsinə reaksiyalar davam edir. Siyasət, incəsənət və idman dünyasından bir çox tanınmış şəxs bu hadisəyə öz münasibətini bildirib.

Bu dəfə “Qalatasaray”ın belçikalı ulduz futbolçusu Dris Mertensin həyat yoldaşı Kat Kerkhofs da öz etirazını ifadə edib.

O, 1 milyona yaxın izləyicisi olan sosial media hesabında İstanbulda keçirilən İmamoğlu etirazlarına dair video paylaşıb. Kerkhofs bu paylaşıma Türkiyə bayrağı və ürək emojisi əlavə edərək açıq şəkildə dəstəyini göstərib.

İmamoğlunun həbsi idman dünyasında da geniş müzakirələrə səbəb olub. Mertensin həyat yoldaşının paylaşımı sosial mediada böyük əks-səda doğurub və istifadəçilər tərəfindən müsbət qarşılanıb.

Bu hadisə, xarici idmançılar və onların ailələrinin də Türkiyədəki siyasi hadisələri yaxından izlədiyini göstərir. Kat Kerkhofsun bu addımı isə idman camiəsində İmamoğluna olan dəstəyin nümunələrindən biri kimi dəyərləndirilir.