2024-cü ilin may ayından etibarən Rusiyanın İsveçdəki səfirliyinə qarşı 11 dəfə pilotsuz uçuş aparatı (dron) ilə hücum edilib. Bu hücumlar zamanı dronlardan boya qabları atılıb, nəticədə diplomatik missiyanın avtomobilləri və ərazisi ziyan görüb.
"Bizimxeber" bildirir ki, bu barədə Rusiya diplomatik nümayəndəliyi RİA Novosti agentliyinə məlumat verib.
“Dron hücumlarında boya konteynerləri atılıb, maddi ziyan dəyib. Bir neçə hücumda səfirliyin nəqliyyat vasitələri də zərər görüb”, – deyə səfirlik bildirib.
Ən son hücum mayın 25-də baş verib. Həmin vaxt pilotsuz uçan aparatdan səfirlik ərazisinə boya konteyneri atılıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, bu insidentlə bağlı İsveç hökumətinə etiraz notası göndəriləcək.