Ukraynaya məxsus pilotsuz uçan aparatlar (PUA) Rusiya paytaxtı Moskva yaxınlığında yerləşən strateji əhəmiyyətli obyektə - Dubno şəhərindəki İHA (pilotsuz uçuş aparatı) inkişaf etdirmə zavoduna hücum edib.
"Bizmxeber" bildirir ki, hücum barədə məlumat ilk olaraq Ukrayna hərbi ictimaiyyəti və Rusiya müxalifətinə yaxın Telegram kanalları vasitəsilə yayılıb. Məlumata görə, hücumun hədəfi Rusiyanın tanınmış Kronstadt müəssisəsi olub. Bu zavod Rusiyanın ən müasir PUA-larının hazırlanmasında əsas rol oynayır.
Hazırda hücumun nəticələri və mümkün dağıntılar barədə rəsmi açıqlama verilməyib. Yerli və beynəlxalq mediada hadisə ilə bağlı əlavə təfərrüatlar gözlənilir.
Bu hücum, Ukraynanın dərin Rusiya ərazisinə yönəltdiyi PUA əməliyyatlarının davamı kimi qiymətləndirilir. Ekspertlər bu cür hücumların həm hərbi, həm də psixoloji təsir gücünə malik olduğunu bildirirlər.
Daha ətraflı məlumat üçün: Antikor portalı