ABŞ prezidenti Donald Trampın administrasiyası, Qərbin Rusiyaya qarşı müharibə strategiyasını səmərəsiz hesab etdiyini rəsmi şəkildə bəyan edib. Bu barədə ABŞ liderinin xüsusi nümayəndəsinin müavini Morqan Ortaqus "Fox News" telekanalına danışıb.
“Əvvəlki administrasiya ruslarla çirkin oyun oynamağa çalışırdı. Amma tarix göstərir ki, bu oyunu heç kim udmayıb,” – deyə Ortaqus bildirib. Onun sözlərinə görə, "gərək olduğu qədər" yanaşması heç vaxt qalib strategiya olmayıb.
Trampın rəhbərlik etdiyi yeni administrasiya Ukrayna münaqişəsini sülh yolu ilə həll etməyi prioritet elan edib. Bunun üçün Ağ Ev xüsusi diplomatik komanda formalaşdırıb. Komandaya vitse-prezident J.D. Vans, dövlət katibi Marko Rubio, və xüsusi elçi Stiv Vitkoff daxildir. Danışıqlar prosesində Avropa ölkələri və Ukrayna da iştirak etməyə təşviq edilir.
Ortaqus bildirib ki, Tramp şəxsən bu sülh təşəbbüslərinə aktiv şəkildə qoşulur və hərbi əməliyyatların uzanmasının heç bir tərəfə sərf etmədiyini anlayır.