Qələbənin 80 illiyinə hazırlıq çərçivəsində Rusiyanın bir çox şəhərində mobil internetin işi ciddi şəkildə məhdudlaşdırılıb.
"Bizimxeber" bildirir ki, mayın 7-də Moskvada mobil operatorların xidmətində geniş yayılmış fasilələr qeydə alınıb. İnsident, xüsusilə, taksi, ərzaq çatdırılması, bankomatlar və ödəniş sistemlərinə təsir göstərib.
Artıq mayın 5-dən Moskva sakinləri mobil internetin kəsilməsi ilə bağlı ilk problemləri yaşayırlar. Bu gün isə məlum olub ki, Ukrayna Silahlı Qüvvələrinin mümkün dron hücumlarına qarşı qabaqlayıcı tədbir olaraq, Rusiyanın 30-dan çox şəhərində mobil internet tamamilə kəsilib.
Hansı xidmətlər çöküb?
Taksi və çatdırılma tətbiqləri, xüsusilə Yandex, Samokat və digər platformalar işləmit. Eyni zamanda, bəzi mağazalarda kartla ödəniş mümkün deyil, yalnız nağd alış-verişə icazə verilib. Sberbank, Sürətli Ödəniş Sistemi və digər rəqəmsal xidmətlərdə də çətinliklər müşahidə olunub.
Moskvada bəzi ərazilərdə bankomatlar işləmir, ərzaq sifarişi vermək və ya taksi çağırmaq qeyri-mümkün deyil. Şəhər meriyası əhaliyə rəsmi xəbərdarlıq edərək, mobil internet xidmətlərində 9 mayadək davam edə biləcək məhdudiyyətlər barədə məlumat verib.
Uçuşlar da ləğv edilib
Təhlükəsizlik tədbirləri çərçivəsində Rusiya aviaşirkətləri – Aeroflot, S7, Pobeda və Ural Hava Yolları – Moskvaya və Moskvadan olan bir sıra reysləri ləğv edib. Sərnişinlərə ya biletin qaytarılması, ya da digər tarixə dəyişdirilməsi təklif olunub.
Problem təkcə Moskva ilə məhdudlaşmır
Mobil internetin fəaliyyəti təkcə paytaxtda deyil, Yaroslavl, Nijni Novqorod, Leninqrad, Tver, Tula, Kursk, Kaluqa vilayətləri və Mordoviyada da məhdudlaşdırılıb. Saranskda isə internet tamamilə kəsilib. Rəsmilər bu tədbirləri “xüsusi təhlükəsizlik rejimi” və pilotsuz uçuş aparatlarına qarşı mübarizə ilə əlaqələndiriblər.
Qeyd olunur ki, mobil rabitə sahəsindəki bu məhdudiyyətlər 9 may Qələbə günü tədbirləri başa çatanadək davam edə bilər. Bu arada Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Qələbə Gününün 80-ci ildönümünün qeyd olunması zamanı Moskvada mobil internetin məhdudlaşdırılması ilə bağlı vəziyyət anlaşla qarşılanmalıdır. "Bunlar nasazlıq deyil. Bunlar mobil İnternetin işində aşkar səbəblərə görə məhdudiyyətlərdir. Təbii ki, biz buna tam anlayışla yanaşmalıyıq" deyə Peskov bildirib.