Moskva Aviasiya İnstitutunun mühəndisləri dünyada analoqu olmayan çoxfunksiyalı modul tipli dron hazırlayıblar.
"Bizimxeber" TASS -a istinadən bildirir ki, universal PUA-dan geniş spektrli tapşırıqların yerinə yetirilməsi üçün istifadə oluna bilər.
Çıxarıla bilən modullar sayəsində yeni dron yüklərin daşınması və ya ərazinin monitorinqi, həmçinin axtarış-xilasetmə əməliyyatları, patrul xidməti, enerji, tikinti və bir çox digər tapşırıqlar üçün istifadə oluna bilər. Üstəlik, pilotsuz təyyarə 40 dərəcəyə qədər olan temperaturda işləyə bilir, əksər İHA-lar isə yalnız -10 dərəcə ilə məhdudlaşır.