Tusiyanın Turizm Təşkilatı bildirib ki, Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) son hücumları nəticəsində Rusiyada hava nəqliyyatı ciddi şəkildə pozulub.
Hücumlar səbəbindən Moskva da daxil olmaqla bir neçə şəhərdə hava limanları fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Turoperatorlar Assosiasiyası (ATOR) açıqlamasında bildirib ki, təhlükə səbəbilə təyyarələrin gəliş və gedişləri müvəqqəti olaraq dayandırılıb.
“Bu, ən azı 350 uçuşa və azı 60,000 sərnişinin planlarına təsir etdi,” – deyə ATOR-un bəyanatında vurğulanıb.
Hazırda hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib, bəzi reyslərin bərpası istiqamətində işlər aparılır. Hadisə ilə bağlı rəsmi orqanlar araşdırma aparır.
Bu arada Kremldən verilən amıqlamada bildirilir ki, faşist Almaniyasının məğlubiyyətinin 80-ci ildönümü münasibətilə Moskvaya Ukrayna pilotsuz təyyarələrinin bir gecədə hücumu cəhdi Kiyevin terror aktları törətmək meylini göstərib.
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya bu həftə Braziliya və Çin prezidentləri də daxil olmaqla dünya liderlərinin iştirak edəcəyi anım mərasimlərinin təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edir.