Rusiya və Ukraynanın bir-birinin enerji infrastrukturuna hücumdan imtina etməsi müharibənin qaynar fazasına son qoymaq üçün ilk addım ola bilər.
Bizimxeber.az bildirir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
“Enerji təhlükəsizliyi ilə bağlı qərar verilə bilər. Yəni biz onların enerji infrastrukturuna hücum etmirik, onlar da bizimkilərə hücum etmirlər. Bu, müharibənin qaynar mərhələsinin sona çatmasına səbəb ola bilərmi? Mən belə düşünürəm”, – Zelenski Financial Times-a müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya ilə Qara dənizdə enerji və kommersiya gəmilərinə hücumlardan imtinaya dair razılaşmalar Moskvanın müharibəni dayandırmağa hazır olduğuna işarə ola bilər. Bununla belə, onun sözlərinə görə, Rusiyanın hazırda danışıqlara açıq olması ilk növbədə ABŞ seçkilərinin nəticələrindən asılıdır.
Zelenski bildirib ki, Rusiya ilə hər hansı danışıqlara başlamaq üçün Ukrayna nümayəndələri müvafiq səlahiyyətləri almalıdırlar, amma mən onları heç kimə verməmişəm.