Rusiya qoşunları, Ukraynanın Xarkov vilayətindəki Doroşovka qəsəbəsinə nəzarəti ələ keçirib.
Rusiya Müdafiə Nazirliyi bununla bağlı verdiyi məlumatda, "Qərb" hərbi qrupunun bölmələrinin həyata keçirdiyi fəal hərəkətlər nəticəsində Doroşovka azad edildiyini açıqlayıb. Eyni zamanda, Rusiya aviasiyası Ukrayna Hərbi Hava Qüvvələrinə aid bir Su-27 qırıcı təyyarəsini vurub.
Rusiya 2022-ci ilin fevral ayında Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin bu əməliyyatın məqsədini, "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.
O, həmçinin Ukraynanın demilitarizasiyasının və denazifikasiyasının həyata keçirilməsi, Donbassda isə mülki əhaliyə qarşı törədilən qanlı cinayətlərə görə cavabdeh olan hərbi cinayətkarların məhkəməyə verilməsini hədəflədiklərini vurğulayıb. Bu əməliyyata cavab olaraq Qərb ölkələri Rusiyaya qarşı bir sıra genişmiqyaslı sanksiyalar tətbiq ediblər.