"Rusiya atəşkəs təklifini qəbul etməlidir" - Makron

/BX LiveBLOG/

"Rusiya 30 günlük atəşkəslə bağlı ABŞ-Ukrayna təklifini qəbul etməlidir".

Bizimxeber.az bildirir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib. 

Makron bildirib ki, o, “ABŞ və Ukrayna arasında Ciddədə keçirilən görüşün mümkün olduğu irəliləyişdən” sonra Ukrayna prezidenti Vladimir Zelenski, sonra isə Böyük Britaniyanın baş naziri Key Starmerlə danışıb.

"İndi Rusiya Amerika-Ukraynanın 30 günlük atəşkəs təklifini qəbul etməlidir. Rusiyanın Ukraynaya təcavüzü dayandırılmalıdır. Sui-istifadələrə son qoyulmalıdır. Bəyanatlarla süründürməçilik də dayandırılmalıdır", - Fransa prezidenti bildirib. 

O, həmçinin qeyd edib ki, Parisdə 40-a yaxın ordu baş qərargah rəisinin iştirakı ilə toplantı keçirilib.