Rumıniyada müvəqqəti prezident yeni baş nazir təyin etdi

Rumıniyada baş verən siyasi dəyişikliklər fonunda müvəqqəti prezident İlie Bolojan daxili işlər naziri Katalin Predoyu müvəqqəti baş nazir təyin edib. Bu barədə “Digi24” telekanalı məlumat yayıb. 

Yeni təyinat, Marcel Çolakunun mayın 5-də baş nazir vəzifəsindən istefa verməsindən dərhal sonra gerçəkləşib. Prezident Bolojan mayın 6-da imzaladığı fərmanla Predonun yeni hökumət formalaşana qədər müvəqqəti olaraq baş nazir səlahiyyətlərini icra edəcəyini təsdiqləyib.

Qeyd edilir ki, Katalin Predo həm də Milli Liberal Partiyasının müvəqqəti prezidentidir və ən azı qarşıdakı iki həftə ərzində ölkənin icraedici rəhbərliyini təmin edəcək. Daha əvvəl mediada təhsil naziri Daniel Davidin müvəqqəti baş nazir ola biləcəyi ilə bağlı ehtimallar səsləndirilmişdi.

Bu siyasi dəyişikliklər, Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunun nəticələrindən sonra baş verib. Mayın 4-də keçirilən seçkilərin ilk turunda ifrat sağçı, rusiyayönlü lider Qeorqe Simion 40,94 faiz səslə önə çıxıb, Buxarestin liberal meri Nikosor Dan isə 20,99 faiz səs toplayaraq ikinci yeri tutub. 

Rumıniyada növbəti günlərdə həm hökumət strukturu, həm də seçki prosesi baxımından siyasi gərginliyin davam edəcəyi gözlənilir.