Xameneidən Trampın nüvə sazişi ilə bağlı təhdidinə sərt cavab

/BX LiveBLOG/

ABŞ prezidenti Donald Tramp ötən gün İran rəhbərliyinə martın əvvəlində göndərdiyi məktubda Tehrana nüvə danışıqları üçün iki aylıq müddət verdiyini, əks halda İranın hərbi hücuma məruz qalacağını təkrarlayıb. ABŞ-ın bu hədəsinə cavab olaraq, İranın ali dini lideri Xamenei bildirib ki, ölkə daxilində fitnə-fəsad törətmək planları da uğursuz olacaq və İran xalqı bu cür cəhdlərə qarşı öz mövqeyini sərgiləyəcək.

"Bizimxeber" Reuters-ə istinadən bildirir ki, o, ABŞ və İsrailin İranla düşmən münasibətinin davam etdiyini vurğulayıb və Vaşinqtonun hər hansı təxribatına qarşı güclü cavab veriləcəyini bəyan edib.

Qeyd edək ki, ötən həftə İran ABŞ-ın məktubuna cavab verib. Prezident Məsud Pezeşkian Tehranın Vaşinqtonla birbaşa danışıqlara getməyəcəyini, lakin Xamneyinin göstərişi ilə dolayısı ilə müzakirələrin davam etdirilməsinə açıq olduğunu açıqlayıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmaeil Baghaei isə ABŞ prezidentinin "bombardman" hədəsinin beynəlxalq sülhə təhqir olduğunu qeyd edib və Vaşinqtonun atacağı addımlara uyğun nəticələrə hazır olması lazım gəldiyini bildirib.

Xatırladaq ki, Tramp 2017-2021-ci illərdə prezident olduğu dövrdə İranla imzalanmış 2015-ci il nüvə sazişindən çıxıb və Tehran üzərində sərt sanksiyalar tətbiq edib. İndiki gərginlik fonunda Vaşinqtonun hansı addımları atacağı və Tehranın hansı strategiyanı seçəcəyi dünya siyasətində önəmli suallardan biri olaraq qalır. /Bizimxeber Live BLOG/