Ramiz Mehdiyevin villası 8 milyon dollara satışa çıxarıldı - Video

Bakının Tbilisi prospektində 8 milyon ABŞ dollarına dəbdəbəli villa satışa çıxarılıb.

"Bizimxeber" bildirir ki, villa Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevə məxsusdur.

Tbilisi prospektində 36 sot ərazidə yerləşən bu villanın Mehdiyevin yüksək vəzifədə olarkən tikdirdiyi çoxsaylı mülklərdən biri olduğu, indi isə satışa çıxarıldığı qeyd edilir. /Demokrat./