Ramin Şükürov həbs edildi – Korrupsiya ittihamı ilə

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin rəisi Ramin Şükürov korrupsiya ittihamı ilə həbs edilib.

Şükürov daha əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılmışdı. Lakin ilkin mərhələdə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Bu gün Bakı Hərbi Məhkəməsi Ramin Şükürov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. Həbs qərarı ilkin istintaq müddəti üçün verilib.

Hazırda Şükürov barəsində korrupsiya cinayəti üzrə istintaq davam edir.