"Qrenlandiya zəbt üçün obyekt deyil" - Makron

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın Arktikaya dair son bəyanatlarına cavab olaraq Qrenlandiyanın "fəth obyekti olmadığını" bəyan edib.

"Bizimxeber" bildirir ki, Makronun fikirləri Politico nəşri tərəfindən dərc olunub. Fransa lideri bu fikirləri Qrenlandiyaya planlaşdırılan səfəri çərçivəsində səsləndirib. Fransanın Nitsa şəhərində keçirilən BMT-nin Okeanların Mühafizəsi üzrə konfransında açılış nitqi zamanı Makron bildirib:“Qrenlandiya fəth obyekti deyil, necə ki, Antarktida və ya açıq dənizlər satıla bilməz.”

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Ağ Evə qayıtdıqdan sonra Qrenlandiyaya nəzarət etmək istəyini dəfələrlə dilə gətirib. The Wall Street Journal qəzeti yazıb ki, Tramp ABŞ kəşfiyyat agentliklərinə Arktika adasında məlumat toplanmasını gücləndirməyi tapşırıb.

Buna cavab olaraq Danimarka hökuməti ABŞ səfirini Xarici İşlər Nazirliyinə çağıraraq etirazını bildirib.