Qırğızıstanda “Rus Evi”nin əməkdaşlarından biri xarici ölkələrdə silahlı münaqişələrə döyüşçülər cəlb etməkdə şübhəli bilinərək həbs edilib.
"BX LİVE BLOG" bildirir ki, bu barədə məlumatı RİA Novosti Bişkekin Pervomayski Rayon Məhkəməsinə istinadən yayıb.
Məhkəmənin qərarına əsasən, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Baş İstintaq İdarəsinin istintaqçısının təqdim etdiyi vəsatət qəbul edilib və təqsirləndirilən şəxs – S.N.V. adlı qadın barəsində həbs qətimkan tədbiri seçilib. Onu 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Agentliyin məlumatına görə, söhbət Natalya adlı qadından gedir. O, əvvəllər Bişkekdə fəaliyyət göstərən “Rus Evi”ndə çalışıb. Bununla belə, hazırda ona qarşı irəli sürülmüş ittihamların bu qurumla birbaşa əlaqəsi olmadığı qeyd olunur.
Qeyd edək ki, bu hadisə Rusiya və Qırğızıstan münasibətlərində gərginlik fonunda baş verir. Qırğızıstan Xarici İşlər Nazirliyinin rəhbəri Jeenbek Kulubayev bu yaxınlarda Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Rusiyadan qaz nəqlinə alternativ marşrut yaradacağını bəyan edib. O, Moskva hamamlarında qırğız miqrantlara qarşı keçirilən reydlərə və onların deportasiyasına da bu şəkildə cavab verib.