Qırğızıstanda rus dili rəsmi dil olaraq qalacaq - Konstitusiya ilə tənzimlənir

"Qırğızıstanda rus dili Konstitusiyada təsbit olunduğu kimi rəsmi olaraq qalacaq".

"Bizimxeber" bildirir ki, bu barədə ölkənin baş nazirinin müavini Edil Baysalov bildirib. Onun sözlərinə görə, Qırğızıstan planlarını dəyişməyi planlaşdırmır: "Rus dili öz rəsmi statusunu saxlayacaq. Bununla bağlı sərt söhbətlər oldu. Yenidən nəzərdən keçirmək planımız yoxdur. Bu status Konstitusiyada təsbit olunub".

Baş nazirin müavini vurğulayıb ki, qırğız dilini kifayət qədər bilməmək parlamentə namizəd olmaq istəyən milli azlıqların nümayəndələri üçün maneə olmayacaq. O, həmçinin qeyd edib ki, artıq parlamentdə müxtəlif millətlərin nümayəndələrinin işləməsi üçün hər cür şərait yaradılıb.