Rusiya Prezidenti Vladimir Putin 9 May – Qələbə Günü münasibətilə Moskvada səfərdə olan xarici nümayəndə heyətlərinin rəhbərləri ilə keçirilən rəsmi naharda çıxış edib. O, Böyük Vətən Müharibəsində qazanılmış Qələbənin əhəmiyyətini vurğulayaraq, “qaliblər nəsli”, “sülh və firavanlıq” üçün tost qaldırıb.
"Əziz dostlar, icazə verin, qaliblər nəslinə, Böyük Qələbəyə, sülh və firavanlığa, sizə – dostlarımıza bir tost təklif edim", – deyə Rusiya lideri bildirib.
Tədbirdə səmimi atmosferin hökm sürdüyü, liderlərin bir-birilə mehriban ünsiyyət qurduğu müşahidə olunub.
Bundan əlavə, Kreml daha əvvəl məlumat vermişdi ki, Putin və Çin Xalq Respublikasının sədri Si Cinpin rəsmi danışıqlardan sonra qeyri-rəsmi şəraitdə görüşü davam etdiriblər. Hər iki lider üçün tortla çay süfrəsi təşkil olunub. Yayılan görüntülərdə Putin və Si Cinpinin gülümsədiyi və mehriban söhbət etdiyi əks olunub.
Digər bir məlumata görə, Prezident Putin Papa XIV Leo-nun seçilməsi münasibətilə onu təbrik edib.