“Azərbaycan Hava Yolları” QSC-nin “Embraer 190” təyyarəsinin Aktauda qəzaya uğramasının səbəbləri ilə bağlı yekun nəticələr bütün istintaq-əməliyyat tədbirləri başa çatdıqdan sonra məlum olacaq.
"Bizimxeber" bildirir ki, bu barədə RİA Novosti-yə Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib. Onlar qeyd ediblər ki, hazırda istintaq davam edir.
Bu günə qədər Komissiya Çikaqo Konvensiyasının 13-cü Əlavəsinin standartlarına və tövsiyə olunan təcrübələrinə uyğun olaraq əlavə araşdırmalar aparmağa davam edir. Departamentdən bildirilib ki , araşdırma başa çatdıqdan sonra yekun hesabat dərc olunacaq .
Nazirlikdən aydınlıq gətirilib ki, araşdırmanın sahə mərhələsi artıq başa çatıb. İlkin nəticələr fevralın 4-də dərc olunub.
Qazaxıstanın Baş Nəqliyyat Prokurorluğu Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı aparılan istintaqın təfərrüatlarını açıqlamaqdan imtina edib. Departament məhkəməyə qədərki mərhələdə məlumatların açıqlanmasını qadağan edən milli qanunvericiliyin normalarına istinad edib.